Gəncədə ölənlərin sayı artdı

17 Oktyabr 2020 03:22    473 Baxış   
Gəncədə ölənlərin sayı artdı

Ermənistan silahlı birləşmələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutub. Nəticədə 20-ə yaxın ev dağılıb.

Raket zərbəsi nəticəsində ölənlərin sayı 6-a çatıb. 35 nəfər isə ağır yaralanıb. Ölənlərin arasında 3 uşaq da var.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı 3 raketdən ikisi Hava Hücumundan Müdafiə Sistemi vasitəsilə zərərsizləşdirilib. Bir raket isə mülki əhalinin yaşadığı binanın üzərinə düşüb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar