İstefada olan general-polkovnik vəfat etdi

13 May 2021 13:27    811 Baxış   
İstefada olan general-polkovnik vəfat etdi

Görkəmli hərbi və dövlət xadimi, Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.

Dominant.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar