Gorus-Qafan yolunda iki erməni itib

19 Sentyabr 2021 14:09    434 Baxış   
Gorus-Qafan yolunda iki erməni  itib

Ermənistanın Kotayk vilayətinin iki sakini Gorus-Qafan yolunda itkin düşüb.

Dominant.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti həmin şəxslərin Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində yoxa çıxdığını iddia edib.


Hadisə barədə məlumatın sentyabrın 18-i saat 21:00 radələrində daxil olduğu bildirilib.

Qeyd edilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidməti ilə birgə itən ermənilərin yerinin müəyyənləşdirilməsi üçün tədbirlər görür.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar