Gürcü ekspertlər: “Ermənistana xatırladırıq ki, götürdükləri beynəlxalq öhdəliyi yerinə yetirsinlər”

26 Martt 2021 18:13    3978 Baxış   
Gürcü ekspertlər:  “Ermənistana xatırladırıq ki, götürdükləri beynəlxalq öhdəliyi yerinə yetirsinlər”

Gürcü ekspertlər Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmalı olduğunu bildirirlər.

Dominant.az bildirir ki, Metsamor Atom Elektrik stansiyası o qədər köhnədir ki, hətta müvafiq texniki standartlara belə cavab vermir.

“Bu stansiya yalnız qonşu ölkələr üçün deyil, həm də Şərqi Avropa üçün böyük təhlükə mənbəyidir. Bu fikir energetika sahəsi üzrə beynəlxalq ekpertlər tərəfindən də təsdiq edilib.
Metsamor Atom elektrik stansiyası Ermənistanın elektrik enerjisi ilə təmin edilməsində heç bir rol oynamır.

Ən önəmli məsələlərdən biri isə ondan ibarətdir ki, Ermənistan hələ 1998-ci ildə Avropa İttifaqı qarşısında Metsamorun bağlanması ilə bağlı öhdəlik götürdü.

Ermənistana xatırladırıq ki, götürdükləri beynəlxalq öhdəliyi yerinə yetirsinlər. Bunu yalnızca öz vətəndaşlarının yox, regionda yaşayan bütün insanların təhlükəsizliyi üçün etməlidirlər”.

Viktor Kipiani Metsamorda faciə baş verəcəyi halda böyük zərər çəkəcək ölkələrdən də danışıb. Məsələnin ciddiliyini vurğulayan ekspert, Ermənistanın 1998-ci ildən götürdüyü öhdəliyi yerinə yetirməli olduğunu bir daha diqqətə çatdırıb.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar