Gürcustanda dövlət bayrağı endirilib

11 Oktyabr 2021 15:09    220 Baxış   
Gürcustanda dövlət bayrağı endirilib

Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Dövlət bayrağı endirilmişdir.

Gürcüstan Hökumətinin qərarına əsasən, 8 oktyabr 2021 -ci ildə Batumi şəhərində yaşayış binasının çökməsi və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar olaraq, 11 oktyabr 2021 -ci il Gürcüstanda matəm günü elan edildi.

Oktyabrın 11 -də Gürcüstan səfirliyində matəm tədbiri keçirildi.

Gürcüstan səfiri Zurab Pataradze səfirliyin diplomatik korpusu adından həlak olanların ailələrinə başsağlığı verdi.

“Batumi şəhərində baş vermiş faciə bütün Gürcüstanı kədərləndirdi.

Ölənlərin, ölən uşaqların hər biri üçün kədərlənirik.
Onların ailələrinə başsağlığı verir və onlarla birlikdə dua edirik.

Gürcüstan üçün bu çox çətin günlərdə dərdimizi səmimi olaraq bölüşən və başsağlığı verən hər kəsə minnətdarıq.

Bu kədərimizi bizimlə bölüşdükləri və dəstək olduqları üçün Azərbaycan Respublikası Hökumətinə və sadə vətəndaşlara təşəkkür edirəm” -Gürcüstan səfiri bildirdi.

Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar