Hacıqabulda "patı" satan şəxs saxlanılıb

21 İyul 2021 13:13    558 Baxış   
Hacıqabulda "patı" satan şəxs  saxlanılıb

Hacıqabul rayonunda "patı" satan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan dominant.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar