İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? - BNA-dan VACİB AÇIQLAMA

24 Fevral 2021 16:18    347 Baxış   
İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? -  BNA-dan VACİB AÇIQLAMA

Marşrut avtobus sürücülərinin bu gün 17:00-dan sonra ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə söz-söhbət dolaşmaqdadır.

Sfera.az məsələni aydınlaşdırmaq üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev hələ ki, heç bir məhdudiyyətin olmadığını bildirdi. M.Ağayev avtobus sayının artırlması ilə bağlı məsələyə də aydınlıq gətirdi:

"Bu gün və sabah nəqliyyatın hərəkəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Hazırda avtobus sayının artırılmasına ehtiyac yoxdur. Yolların buz hissəsi təmizlənərsə gecikmə halları müşahidə olunmayacaq".
Əzizə Zeynal
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar