WUF13 çərçivəsində "Şəhərsalma yarmarkası" təşkil olunub

22:33    152 Baxış   
WUF13 çərçivəsində "Şəhərsalma yarmarkası" təşkil olunub

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) münasibətilə şəhərə gələn qonaqlar və sakinlər üçün yarmarka təşkil edilib.

Dominant.az xəbər verir ki, "Şəhərsalma yarmarkası" çərçivəsində 20-22 may tarixlərində paytaxtın üç məkanında - İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Dənizkənarı Milli Park ərazisindəki Saat qülləsi yaxınlığında və "Dəniz Mall" ətrafında müxtəlif rəngarəng proqramlar təşkil olunur.

Hər gün saat 13:00-dan etibarən fəaliyyətə başlayan yarmarka köşkləri vasitəsilə Azərbaycan şirkətləri tərəfindən müxtəlif məhsulların satışı həyata keçirilir. Dənizkənarı Milli Park ərazisindəki yarmarka saat 21:00-a qədər davam edir.

Mayın 20-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində 18:00-a qədər davam edən yarmarka ilə yanaşı musiqi proqramı da nəzərdə tutulub. Şəhər sakinləri və qonaqlar üçün müğənni Ərəstun Quliyev və "Gaga Band" çıxış ediblər.

Mayın 21-də isə İçərişəhərdə axşam proqramı çərçivəsində təxminən 20 rəqs nömrəsi təqdim olunacaq. Bakı Bulvarında 19:00-21:00 aralığında müğənni Arif Nemətov və "Ayna Band"in çıxışları planlaşdırılır.

Mayın 22-də İçərişəhərdə keçiriləcək axşam proqramında Joseph Abbas, "Naz Girls" və Telman Budaqovun çıxışları gözlənilir.

Bundan əlavə, WUF13 çərçivəsində "Şəhərlər oyun meydançası kimi" mövzusu əsasında idmanın şəhərsalma planlaşdırılmasında mühüm rolunu vurğulamaq məqsədilə AFFA-nın dəstəyi ilə futbol meydançası qurulub. Üç gün ərzində "Dəniz Mall" yaxınlığında təşkil olunmuş meydança saat 15:00-dan 19:00-a qədər fəaliyyət göstərəcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar