Kadir İnanır xəstəxanaya yerləşdirildi

00:27    341 Baxış   
Kadir İnanır xəstəxanaya yerləşdirildi

Türkiyənin məşhur aktyoru Kadir İnanır İstanbulda yerləşən "Fulya Acıbadem" xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Dominant.az xəbər verir ki, bu barədə "Yeni Şafak" nəşri aktyorun həyat yoldaşı Jülide Kuralın sözlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Kadir İnanıra pnevmoniya (sətəlcəm) diaqnozu qoyulub.

77 yaşlı aktyorun həyat yoldaşı qeyd edib ki, məşhur sənətkarın ağciyərlərində soyuqlama nəticəsində infeksiya yaranıb. Bununla belə, onun səhhətinin yaxşılaşmağa doğru getdiyi vurğulanıb.

Jülide Kuralın sözlərinə görə, aktyorun yaxın iki gün ərzində adi palataya köçürülməsi planlaşdırılır.

O həmçinin bildirib ki, Kadir İnanırın uzun illərdir davam edən siqaret çəkmə vərdişi onun sağlamlığına və müalicə prosesinə mənfi təsir göstərib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar