Karantin rejimini pozub xınayaxdı keçirənlər kimlərdi? - FOTO - VİDEO

05 İyul 2020 22:36    2325 Baxış   
Karantin rejimini pozub xınayaxdı keçirənlər kimlərdi? -  FOTO - VİDEO
Oriental rəqqasə Canka 5 gün öncə öz səhifəsində xınayaxdı mərsimində çəkilmiş videosunu paylaşıb.

Dominant.az xəbər verir ki, rəqqasə paylaşdığı videoya, "Çox pozitiv bir xınadan. Allah bütün subaylara qismət etsin inşallah", - deyə paylaşımına şərh yazıb.

Rəqqasənin paylaşımı izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Sərt karantin rejimində xınayaxdı mərasiminin keçirilməsi izləyicilərində suallar doğurub.

Rəqqasə isə ondan karantini pozduqlarını soruşanlara, "Hə, biz karantini pozmuşuq. Sənin kimilərə açıqlama verməiyik? Dövlət bilir nə var, nə yox, get işinlə məşğul ol", - deyə cavab verib.



Sözügedən videonu təqdim edirik və ümid edirik ki, aidiyyəti qurumlar məlum görüntünü nəzarətə götürüb, məclisin karantin dönəmində keçirilib-keçirilmədiyini araşdıracaq. Karantin dövründə zatən əsəbləri tarıma çəkilmiş insanların belə görüntülərlə əsəbləri ilə bir qədər də oynayanların cəzası veriləcək.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar