Kreml Kəlbəcərdəki gərginliyə görə Ermənistanı təqsirli bilir

24 İyul 2021 11:49    1199 Baxış   
Kreml Kəlbəcərdəki gərginliyə görə Ermənistanı  təqsirli bilir

Son günlər Rusiya tərəfinin Ermənistandan narazılığı artıb.

Dominant.az Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, xüsusən də Moskvaya xüsusi simpatiyası ilə tanınan müdafiı naziri Vaqarşak Arutunyanın postundan azad olunması bu narazılığı gücləndirib.

“Qraparak” qəzeti Zəngəzurda yerləşən rusiyalı sülhməramlılarının yerli sakinlərlə ünsiyyətdə Rusiyadan narazılıqlarını dilə gətirdiklərini yazır.

“Hərbçilər Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə görə, erməni hakimiyyətini təqsirli bilir. Onlar Rusiyanın öz müttəfiqlik öhdəliklərini yerinə yetirə bilməməsi barədə təəssürat yaradıldığını və bunun Ermənistana Qərb ölkələrinin ordularının yerləşdirilməsi məqsədilə atıldığını söyləyiblər”.

Kreml Nikol Paşinyan hakimiyyətinin kadr islahatları çərçivəsində hökumət və ordudakı Rusiya yönümlü şəxsləri Qərblə inteqrasiya tərəfdarları ilə əvəzlədiyini və cəbhə xəttində yaradılna gərginliyin bu məqsədə xidmət etdiyini düşünür.

(Modern.az)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar