Külli miqdarda narkotik maddə aşkarlanıb

11 Yanvar 2021 11:24    392 Baxış   
Külli miqdarda narkotik maddə aşkarlanıb

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərəfxanlı kənd sakini İ.İbrahimov saxlanılıb.

Dominant.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 kiloqram 218 qram heroin aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşları tərəfindən isə Yevlax rayonu ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kövər kənd sakini E.Cəfərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın, idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı 3 kiloqram 135 qram marixuana, 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə qundağı və lüləsi kəsilmiş tüfəng götürülüb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar