Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib - FOTO

20 İyun 2022 17:14    2284 Baxış   
Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib -   FOTO

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev kursu müvəffəqiyyətlə bitirən iştirakçıları müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kursu bitirən məzunlara diplom və döş nişanları təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar