Müəllimləri koronavirusa yoluxan məktəbi niyə bağlamırlar? - FOTO

28 Fevral 2021 13:31    553 Baxış   
Müəllimləri koronavirusa yoluxan məktəbi niyə bağlamırlar? -  FOTO

Azərbaycanda daha bir məktəbdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin 6-cı sinif rəhbəri Yeganə Xudaverdiyevanın virusa yoluxduğu məlum olub.

O, bir neçə gün qızdırmalı halda dərs keçdikdən sonra vəziyyəti ağırlaşdığı üçün ailə üzvləri ilə birlikdə xəstəxanaya yerləşdirilib. Həmçinin məktəbin iki müəllimi də koronavirus şübhəsi ilə karantinə alınıb. Buna baxmayaraq, məktəbdə tədris davam etdirilir.

Vəziyyətin təhlükəli olmasıyla bağlı valideynlərin və müəllimlərin məktəb direktoru Çinarə Atayevaya müraciəti cavabsız qalır. Məlumata görə, məsələ ilə bağlı məktəbə yoxlama da gəlib, lakin tədrisin dayandırılması məsələsinə toxunulmayıb.

İddia olunur ki, Çinarə Atayeva bütün imkanlardan istifadə edərək, 8 Marta kimi məktəbi açıq saxlamağa çalışır.

Qeyd edək ki, Ç. Atayeva qalmaqallı direktor kimi tanınır. Mətbuatda və sosial şəbəkələrdə onunla bağlı tez-tez tənqidi materiallar yayılır.



bakupost.az




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar