Nazarbayev günlər sonra göründü, xalqa müraciət etdi - VİDEO

18 Yanvar 2022 15:22    448 Baxış   
Nazarbayev günlər sonra göründü, xalqa müraciət etdi -  VİDEO

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ölkə xalqına videomüraciət ünvanlayıb.

Dominant.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan mediası yayıb.

Bu, “Elbası”nın yanvarın ilk günləri ölkədə başlayan kütləvi etiraz aksiyalarından sonra xalqa ilk görüntülü müraciətidir. Belə ki, o, bundan öncə mətbuat katibi vasitəsilə vətəndaşlara Prezident Kasım-Jomart Tokayevin ətrafında birləşmək barədə çağırış etmişdi.

Nazarbayev heç hara getmədiyini, hazırda paytaxt Nur-Sultan şəhərində olduğunu açıqlayıb:

“Mənə ünvanlanan çoxsaylı müraciətlərə və mediada yayılan məlumatlara cavab olaraq deyirəm ki, 2019-cu ildə prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil vermişəm, o zamandan bu yana təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında layiq olduğum istirahətdəyəm və heç hara getməmişəm”.

Qeyd edək ki, Qazaxıstanda iğtişaşlar fonunda N. Nazarbayevin ictimaiyyət qarşısına çıxmaması onun ciddi xəstə və koma halında olduğu, ya da Rusiyanın Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin bəyan etdiyi kimi, artıq öldüyü barədə iddiaların səslənməsinə səbəb olub.

Qafqazinfo.az




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar