On minlərlə fransız karantin rejiminin sərtləşdirilməsinə etiraz edib - VİDEO

24 İyul 2021 19:57    3232 Baxış   
On minlərlə fransız karantin rejiminin sərtləşdirilməsinə etiraz edib -  VİDEO

Fransanın paytaxtı Parisdə və ölkənin digər böyük şəhərlərində on minlərlə insan hökumətin koronavirus məhdudiyyətlərini sərtləşdirməsinə etiraz olaraq küçələrə çıxıb.

Dominant.az REN TV-yə istinadən xəbər verir ki, etirazçılar “azadlıq”, “bərabərlik” kimi şüarlar səsləndirib, prezident Emmanuel Makronun üstündən xətt çəkilmiş fotolarını nümayiş etdiriblər.

Nümayişçilərin çoxunun karantin tədbirlərinə riayət etməyib, tibbi maska taxmaqdan imtina edib.

Qeyd edək ki, Fransa rəsmiləri rəsmən ölkə pandemiyanın dördüncü dalğasının başlanğıcını elan edib.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar