Polis Siyəzəndə reyd keçirib: Maska taxmayanlar cərimələndi

21 İyul 2021 17:56    297 Baxış   
Polis Siyəzəndə reyd keçirib:  Maska taxmayanlar cərimələndi

Siyəzən rayonunda koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.

Dominant.az xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maarifləndirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.

Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.

Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar