Prezidentlə Tərtərə səfər edən AzTV əməkdaşlarında COVİD-19 aşkarlanıb - İDDİA

08 İyun 2020 18:38    1733 Baxış   
Prezidentlə Tərtərə səfər edən AzTV əməkdaşlarında COVİD-19 aşkarlanıb -  İDDİA
Bir neçə gün öncə Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatorunun koronavirus şübhəsi ilə karantinə alınması barədə xəbər yayılmışdı.

Dominant.az-a daxil olmuş yeni məlumatda bildirilir ki, virusa yoluxma faktı Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri zamanı aşkarlanıb.

Qeyd olunur ki, AzTV-in virus aşkarlanmış operatoru ilə yanaşı, səfərdə olmuş bütün heyət Tərtərdən qayıdan kimi karantinə alınıb. Hazırda operatorla birlikdə, AzTV-nin 9 əməkdaşının xəstəxanada karantində olduğu vurğulanır.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov isə saytımıza açıqlamasında məlumatı təkzib etdi: “AzTV-də karantinə alınan bir operator var, o barədə də məlumat vermişik. Ondan başqa digər kiminsə buradan karantinə alınması həqiqəti əks etdirmir”.

Azər İsrafilov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar