Qar fəsadlar törətdi, kəndlərlə əlaqə kəsildi - VİDEO

21 Fevral 2021 18:20    609 Baxış   
Qar fəsadlar törətdi, kəndlərlə əlaqə kəsildi - VİDEO

Cəlilabad rayonunun dağ və dağətəyi yaşayış məntəqələrində yağan qar fəsadlar yaradıb.

Qarın qalınlığı 20 sm-ə çatıb.

Rayonun Buravar zadamağacı, Şatırlı, Əsədli, Ləkin, Musalı və ətraf kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Kənd sakinlərinin dediklərinə görə, sözügedən kəndlərlə rayon mərkəzi arasında əlaqə kəsilib.

Həmçinin Cəlilabad-Yardımlı yolunda da hərəkət dayanıb. Ərazidə həmçinin rabitə xətlərinin qırılması səbəbindən internet əlaqəsi kəsilib. Hazırda bu kəndlərdə şaxtalı hava hökm sürür.




report.az
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar