Qarabağda meyitləri aşkarlanan ermənilərin sayı 1 211 nəfərə çatıb

11 Yanvar 2021 10:36    290 Baxış   
Qarabağda meyitləri aşkarlanan ermənilərin sayı 1 211 nəfərə çatıb

Ermənilərin Zəngilan rayonu istiqamətində apardıqları axtarışlar zamanı bu ölkənin daha 14 hərbi qulluqçusunun meyiti tapılıb.

İtkin erməni əsgərlərinin axtarışları bu gün Hadrut, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları istiqamətində davam etdiriləcək. Xüsusən Hadrutda iki axtarış qrupu fəaliyyət göstərəcək. Qruplardan biri meyitləri, digəri gizlənən erməniləri axtaracaq.

Bununla da Qarabağda meyitləri aşkarlanan ermənilərin sayı 1 211 nəfərə çatıb.

Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib.

Daha əvvəl Cəbrayılda aparılan axtarışlar zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar