Qismən səfərbərlik nə deməkdir? - Ekspert izah edir

28 Sentyabr 2020 12:09    496 Baxış   
Qismən səfərbərlik nə deməkdir? -  Ekspert izah edir
“Səfərbərlik haqqında qanunun 3-cü maddəsində göstərilir ki, səfərlik ümumi və qismən elan edilir. Ümumi və qismən səfərbərlik bir-birindən fərqlənir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov səfərbərlik haqqında danışarkən deyib.

Məlumat üçün deyək ki, artıq Prezident İlham Əliyevin sərəncamı ilə qismən səfərbərlik elan edilib. “Qismən səfərbərlikdə yalnız ehtiyac olan ixtisaslar üzrə çağırış olur. Söhbət təbii ki, hərbi ixtisaslardan gedir. Tibb işçiləri də qismən səfərbərliyə cəlb edilir.

Ümumi səfərbərlikdə isə artıq müəyyən yaş həddinə bütün əli silah tuta bilən vətəndaşlar çağırılır”, - deyə Üzeyir Cəfərov bildirib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar