Rusiya XİN Azərbaycan-Ermənistan sərhədi ilə bağlı bəyanat yayıb

18 May 2021 17:16    607 Baxış   
Rusiya XİN Azərbaycan-Ermənistan sərhədi ilə bağlı bəyanat yayıb

"İnsidentlərdən qaçmaq üçün Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesinin başlaması vacibdir".


Dominant.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mayın 18-də yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir, hərbi xətlə və sərhəd xidməti üzrə operativ əməliyyatı dəstəkləyir: "Ölkələrin hərbi xətti və sərhəd xidməti üzrə əməliyyat əlaqələri dəstəklənir. Rusiya tərəfi gərginliyi azaltmaq üçün Bakı və Yerevanla ən yüksək və ali səviyyədə davamlı təmas saxlayır”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar