Yardımlıda bayram bayrama qarışdı - FOTOLAR

26 May 2025 12:09    415 Baxış   
Yardımlıda bayram bayrama qarışdı -  FOTOLAR

Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən 28 May – Müstəqillik Gününə həsr olunmuş geniş tədbir keçirilib. Mayın 24-də Yardımlı rayonunda baş tutan tədbirdə həm Bakı və Sumqayıtdan, həm də qonşu rayonlardan gəlmiş qonaqlar iştirak ediblər.

Qonaqlar əvvəlcə Rayonun Tarix muzeyini ziyarət ediblər, muzeydəki eksponatlarla tanış olublar. Daha sonra Yardımlı Xeyriyyə Cəmiyyəti İB-nin və Yardımlı rayon Gənclər və İdman sektorunun təşkilatçılığı ilə minifutbol komandaları arasında 28 May – Müstəqilli Gününə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. Həmçinin rayon sakinləri və qonaqlar arasında stolüstü oyunlar (şahmat və nərd) üzrə yarışlar təşkil olunub.










Asudə vaxtın səmərəli təşkili və sağlam həyat tərzinin təşviqi məqsədilə keçirilən tədbirdə Yardımlıdan olan idmançılar fəal iştirak ediblər. Şahmat üzrə yarışın qalibi Firuzə Rəcizadə, nərd üzrə isə Rəşad Yaqubov olub. Minifutbol üzrə yarışda isə Kərəmət Səlifovun kapitanı olduğu “ŞIXAZ” mini futbol komandası qalib gəlib. Yarışların sonunda Yardımlı Xeyriyyə Cəmiyyəti İB tərəfindən qaliblərə və turnir iştirakçılarına diplom, plaket, kubok və xüsusi hədiyyələr təqdim olunub.








Tədbir rayonun dilbər guşələrində qurulmuş bayram çadırlarında davam edib.

Qeyd edək ki, Yardımlı Xeyriyyə Cəmiyyəti İB tərəfindən belə tədbirlər hər il keçirilir. Məqsəd asudə vaxtın səmərəli təşkili və sağlam həyat tərzinin təşviqi, o cümlədən kənarda yaşayan yardımlıların bir-birini yaxından tanımasına, dostluq, qardaşlıq əlaqələrinin qurulmasına vəsilə olmaqdır.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar