Rusiyada növbəti təyyarə qəzası: Ölən var

13 Sentyabr 2021 22:03    495 Baxış   
Rusiyada növbəti təyyarə qəzası:  Ölən var

Rusiyada yüngül mühərrikli Yak-12 təyyarəsi qəzaya uğrayıb.

Belqorod vilayətində baş vermiş qəzada 1974-cü il təvəllüdlü pilotun öldüyü bildirilib.

İnsident bölgənin Bexteyevka və Sokolovka kəndləri arasında baş verib. Təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Onun göyərtəsində cəmi bir nəfər pilot olub.

Qəzadan sonra təyyarədə yanğın meydana gəlib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən də İrkutsk vilayətində L-410 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Mənbə: “İnterfaks”


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar