Rusiyada quş qripinin yeni növünə 7 nəfər yoluxub

22 Fevral 2021 15:15    4935 Baxış   
Rusiyada quş qripinin yeni növünə 7 nəfər yoluxub

Rusiyada ilk dəfə dünyada quş qripinin insandan insana asanlıqla keçən və yayıan yeni ştammı ilə yoluxma faktı aşkarlanıb. Virusu ölkənin cənubunda quş fabriklərinin 7 nəfər əməkdaşında tapıblar.

Medicina.az xəbər verir ki, Rospotrebnadzorun rəhbəri Anna Popova yeni elmi kəşf barədə məlumat verib.

“Vektor elmi mərkəzi laboratoriyasında ilk dəfə insanın quş qripi A (H5N8) virusuna yoluxması faktı sübut olunub.
Alimlər 7 nəfərin genetik materialında bu qripin viruslarını aşkarlayıb.

Quş fabrikinin əməkdaşları ötən ilin dekabrında həmin ərazidə baş verən quş qripi yayılması zamanı yoluxublar. Lakin onlar hansı virusa yoluxduqlarını bilməyiblər. O zaman insanlar və heyvanların qorunması üçün təcili tədbirlər görüldü və virusun yayılmasının sonrakı gedişatının qarşısı alındı”

Yeni qrip mutasiyası H5N8 quşdan insana keçə bilir və o artıq cinslər arasındakı hüceyrə baryerini aşa bilib.

Hələ ki, insandan insana bu virusun keçə bilməsi məlum deyil.

Rusiya bu araşdırmanı və faktı Dünya Səhiyyə Təşkilatına göndərib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar