Rusiyada SON DURUM: Polis bibər qazı və rezin güllələrə əl atdı

23 Yanvar 2021 21:24    705 Baxış   
Rusiyada SON DURUM:  Polis bibər qazı və rezin güllələrə əl atdı

Rusiya müxalifətinin lideri Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilir.

Dominant.az xəbər verir ki, Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk, Vladivostok, Xabarovsk, Tomsk, Ulan-Ude, Kemerovo və digər şəhərlərdə keçirilən aksiyalarda “Navalnıya azadlıq”, “Putin get” və hakimiyyət əleyhinə digər şüarlar səsləndirilib.

Hüquq-mühafizə orqanlarının razılaşdırılmamış etiraz aksiyalarına qatılanlara qarşı ciddi xəbərdarlıq etməsinə baxmayaraq, aksiyalara xeyli sayda insan qatılıb. Nəticədə polis tərəfindən çox sayda aksiya iştirakçısı saxlanılıb. İndiyə kimi etiraz aksiyalarında 1 300-dən çox insanın saxlanıldığı bildirilir.

Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında polislə etirazçılar arasında toqquşmalar olub. Axşam saatlarında polis gücləri aksiyaları dağıtmaq üçün sərt tədbirlərə əl atıb. Aksiyaçılara qarşı bibər qazı tətbiq edilib və rezin güllələrdən atəş açılıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar