Rusiyada universitetdə ​​atışma olub: 8 ölü, 28 yaralı

20 Sentyabr 2021 16:58    319 Baxış   
Rusiyada universitetdə ​​atışma olub: 8 ölü, 28 yaralı

Rusiyanın Perm Universitetində atışma baş verib.

Dominant.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.


Məlumata görə, naməlum şəxs odlu silahla ətrafdakılara atəş açıb.

Perm Universitetində baş verən atışma nəticəsində 8 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Bunu Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko deyib.

Güllə səslərini eşidən tələbələrin bəziləri özlərini pəncərədən yerə atıblar.

Polisin apardığı əməliyyat nəticəsində atəş açan şəxs saxlanılıb. Onun universitetin tələbəsi olduğu bildirilir.

Rusiya mətbuatı şübhəli şəxsin görüntülərini yayıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, universitetdə baş verən atışma zamanı yaralananların sayı 28 nəfərə çatıb.

Ətrafdakılara atəş açan 18 yaşlı Timur Bekmansurov adlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaralı halda saxlanılıb.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar