Rusiyanın Ukraynaya hücum planı - ABŞ-dan şok açıqlama

15 Yanvar 2022 12:17    278 Baxış   
Rusiyanın Ukraynaya hücum planı -  ABŞ-dan şok açıqlama
Hazırda Rusiyanın Ukraynaya potensial hücum və işğal üçün bəhanə yaratmaq üzərində aktiv şəkildə işlədiyini göstərən məlumatlar var.

Dominant.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Pentaqon sözçüsü Con Kirbi çıxış edib.

"Əslində bizdə məlumat var ki, onlar yalançı bayraq əməliyyatı keçirmək üçün bir qrup casusu vəzifələndiriblər. Bu ölkədə rus casuslarına, yaxud da Ukraynada rusca danışanlara hücum görüntüsü yaradacaq bir əməliyyat reallaşdırılmalıdır. Bununla işğal üçün bəhanə yaradılacaq", - Kirbi vurğulayıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar