Rusiyaya qarşı sanksiyalar uzadıldı

20 İyun 2022 16:34    3225 Baxış   
Rusiyaya qarşı sanksiyalar uzadıldı

Avropa İttifaqı (Aİ) Krımın və Sevastopol şəhərinin işğal cəhdinə görə Rusiyaya qarşı sanksiyaların müddətini bir il, 23 iyun 2023-cü ilə qədər uzadıb.

Dominant.az xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi saytında yerləşdirilib.

Qeyd edilib ki, hazırda qüvvədə olan məhdudlaşdırıcı tədbirlər ilk dəfə 2014-cü ilin iyununda tətbiq edilib və bunlara Krım və ya Sevastopoldan gələn məhsulların Aİ-yə idxalını, infrastruktur və ya maliyyə investisiyaları və turizm xidmətlərini hədəf alan qadağalar daxildir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar