Saakaşvilinin azadlığı tələbi ilə AKSİYA

21 Dekabr 2021 18:54    436 Baxış   
Saakaşvilinin azadlığı tələbi ilə  AKSİYA

Gürcüstanın paytaxtı Tbilisi şəhərində hazırda həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilir.
Modern.az xəbər verir ki, aksiya müxalif Vahid Milli Hərəkat partiyası tərəfindən təşkil edilib.

Aksiyaya görə mərkəzi Rustaveli prospektində maşınların hərəkəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar