Sabunçu-Zabrat yolunda avtomobil qəzası baş verib, yol bağlanıb

15 Sentyabr 2020 21:54    665 Baxış   
Sabunçu-Zabrat yolunda avtomobil qəzası baş verib, yol bağlanıb
Sabunçu-Zabrat yolunda qəza baş verib.

Dominant.az-a hadisə yerində olan şəxslərin xəbər verdiyinə görə, "Opel" markalı minik avtomobili ərazinin düzgün işıqlandırılmaması səbəbindən yolu görməyib və yoldakı çuxura düşüb.

Qəza saat 21:38 radələrində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, qəza yolda böyük avtombil tıxacının yaranmasına səbəb olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, 10 gün bundan öncə su borusunun təmir edilməsi məqsədilə yolda qazıntı işləri aparılıb. Ancaq boru təmir olunduqdan sonra qazılmış yol təmir ediməyib, asfalt örtüyü çəkilməyib. Nəticədə də bu gün avtomobil qazılmış yola düşüb.

Ümid edirik ki, ərazidə ölümlə nəticələnən hadisə baş vermədən aidiyyəti qurumlar tərəfindən tədbir görüləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar