Şamaxıdakı zəlzələnin hər hansı fəsadı olubmu?

20 Noyabr 2021 18:46    282 Baxış   
Şamaxıdakı zəlzələnin hər hansı fəsadı olubmu?

Şamaxıda baş verən zəlzələ nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb.

Dominant.az xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, bu gün Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində zəlzələ baş verib.Yeraltı təkanlar yerli vaxtla saat 16:46-da qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar