Seyfəli poliqonunda partlayış: Müdafiə Nazirliyi açıqlama yaydı

13 Oktyabr 2021 15:24    214 Baxış   
Seyfəli poliqonunda partlayış:  Müdafiə Nazirliyi açıqlama yaydı

"Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir".

Bu barədə dominant.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar