Silahlanmış ermənilər Bakıda onlarla dinc, günahsız müsəlmanı qətlə yetirirlər

08 Fevral 2021 18:34    410 Baxış   
Silahlanmış ermənilər Bakıda onlarla dinc, günahsız müsəlmanı qətlə yetirirlər

8 fevral 1806-cı il - Bakının “Qala qapısı” adlanan yerinin yaxınlığında, Qalanın giriş qapısında, Naxır bulağı ərazisində Qala açarının Sisianova təqdimolunma mərasimi keçirilir. Bakı xanı Hüseynqulu xan görüş zamanı şəhərin rəmzi açarlarını Azərbaycan torpaqlarının istilasında xüsusui payı olmuş general Sisisanova verərkən, xanın qardaşı oğlu İbrahim bəy fürsət tapıb Sisianovu öldürür. Ara qarışır. Yaranmış anlaşılmamazlıq nəticəsində çoxlu sayda günahsız insanların qanı tökülür.

8 fevral 1828-ci il - İranla müharibənin gedişində Cənubi Azərbaycan torpaqlarını istila edən Rusiya qoşunları Ərdəbili tutur. İşğal nəticəsində şəhərin bir sıra tarixi-mədəni inciləri dağıdılır, talan edilir. Şeyx Səfi məqbərəsindən 166 qədim əlyazma Sankt-Peterburqa aparılır.

8 fevral 1878-ci il - Rus qoşunları Ərzurumu ələ keçirir.

8 fevral 1905-ci il - Silahlanmış ermənilər Bakıda onlarla dinc, günahsız müsəlmanları qətlə yetirirlər.

8 fevral 1919-cu il - Erməni silahlı qulsurları azərbaycanlılar yaşayan kiçik bir kəndə soxularaq kəndliləri öldürür, onların əmlaklarını yağmalayır, kəndi yandırırlar.

8 fevral 1919-cu il - Daşnaksütyun beynəlxalq terror təşkilatının göstərişini yerinə yetirən erməni quldurları Qaramanlı Azərbaycan kəndində 15 uşağı, 36 qadını öldürür, 80 silahsız kişini bir-birinə bağlayaraq diri-diri torpağa basdırırlar.

8 fevral 1919-cu il - “Azərbaycan” qəzetində dərc olunmuş “Ararat respublikasında” adlı məqalədə Azərbaycan hökümətinin nazir-sədr yanındakı xüsusi tapşırıq məmurunun nazirə raportu verilir. Raportun son cümlələri belədir: “Həmin 3 kəndin tar-mar edilməsinə 4 gün qalmış Çamırrı kəndində ermənilər tərəfindən 4 kişi və 6 qadın öldürülmüşdür. Həm də kişilərin başı kəsilmiş, qadınların isə döşləri yarılmışdır. Onların meyitlərini biz özümüz basdırdıq. Şarab kəndinin ələ salınmış qadın sakini xəbər vermişdir ki, Şarab kəndinin bütün kişiləri qılıncdan keçirilmiş, uşaqlar təndirdə yandırılmış, sonra bütün kənddən 8 qadını seçib 20 gün saxlayaraq, ələ salıb, namuslarına toxunduqdan sonra buraxmışlar...”

8 fevral 1988-ci il - Erməni millətçiləri Xankəndi şəhərində DQMV-nin Azərbaycan SSRİ-dən alınıb Ermənistan SSRİ-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplama kompaniyasına başlayırlar.

8 fevral 1993-cü il - Erməni yaraqlıları Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ermənilərlə həmsərhəd ərazilərində azərbaycanlılar yaşayan kəndlərə basqın edirlər. Dinc əhali arasında ölənlər və yaralananlar olur.

Cəmil Məmmədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar