SON DƏQİQƏ! İranda dəhşət: Çox sayda ölü və yaralı var

23 Fevral 2021 18:36    358 Baxış   
SON DƏQİQƏ! İranda dəhşət: Çox sayda ölü və yaralı var

İranın Pakistanla sərhəddə yerləşən Saravan rayonunda təşkil edilən etiraz aksiyaları zamanı qarşıdurma baş verib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ordunun nümayişçilərə müdaxiləsi nəticəsində azı 10 nəfər həyatını itirib. Çox sayda yaralı var. Qeyd edək ki, qanunsuz benzin ticarəti ilə məşğul olan çox sayda insan iki gündür İran-Pakistan sərhədində gözləyir. Onlar sərhəd qapılarının açılmasını tələb edir. Lakin sərhədçilərin tələbi geri çevirməsi gərginliyə yol açıb. Hərbçilər odlu silahdan istifadə edib. Bölgədə gərginlik davam edir.

Qeyd edək ki, yeni qanuna əsasən sərhəd bölgələrində benzin satışını yalnız İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri həyata keçirə bilər.

Anar Türkeş
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar