Suriyada Türkiyə hərbçilərinə hücum olub

16 Oktyabr 2021 13:47    199 Baxış   
Suriyada Türkiyə hərbçilərinə hücum olub

Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin zirehli maşın karvanına hücum olub.

Dominant.az “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Amma hərbi avtomobillərə zərər dəyib.

Hücum uzaqdan idarə edilən bomba ilə həyata keçirilib.

(Report)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar