Tahir Əmiraslanov bütün kitablarını yandırdı - FOTOLAR

06 İyul 2022 22:13    3353 Baxış   
Tahir Əmiraslanov bütün kitablarını yandırdı -  FOTOLAR

Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanov illərdir yığdığı kulinariyaya aid yüzlərlə kitabı yandırıb.

Dominant.az xəbər verir ki, bu barədə Tahir Əmiraslanov sosial şəbəkə hesabında məlumat verib.

"Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır. Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki", - deyə o bildirib.

Xatırladaq ki, Tahir Əmiraslanov bir müddət əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb, yerinə Orxan Fikrətoğlu təyin edilib.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar