Tanınmış alimdən etiraz: "Ancaq Prezident Adminstrasiyasına lazım olanda yada düşürəm..."

13 Martt 2021 20:02    1497 Baxış   
Tanınmış alimdən etiraz:  "Ancaq Prezident Adminstrasiyasına lazım olanda yada düşürəm..."

Xəbər veridiyimiz kimi, bu gün Prezident Administrasiyası tərəfindən 150-dən çox media qurumu və QHT rəhbəri, bloger və ictimai fəalın işğaldan azad olunmuş Ağdam rayonuna səfəri bir sıra ictimai şəxslər tərəfindən narazılıq doğurub. Bir sıra tanınmış şəxslər səfərdən kənarda qaldıqlarına görə sosial şəbəkə hesablarından öz etirazlarını bildiriblər.

Dominant.az bildirir ki, narazılıq edənlərədn biri də əslən Ağdamdan olan tanınmış alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevdir.

Z.Əliyev öz etirazını belə bildirib: "Prezident Adminstrasiyasına lazım olanda zəng edib "filan mövzuda çıxış elə, yazı yaz" deyə bilirlər. Amma Ağdam üçün canından keçməyə hazır olan, Ağdam haqqında kitabları, məqalələri, araşdırmaları, statusları yüzlərlə olan məni doğma torpağa aparmağa belə yada salmırlar. 28 ildir o torpağa ayaq qoymaq üçün, Ağdam məscidi və doğulduğum evimin, heç olmasa, dağıntıların görməyə, Atamın məzarı üçün bir ovuc torpaq gətirmək üçün yanıb tökülən, doğma torpağını bu illərdən sonra görmək üçün həsrət çəkən birisini ora aparmayan qurum sabah hansı vicdanla Prezidentə məruzə edəcək?"


"Mənim haqqım olan səfərdə adımı yazmayan qurum elə bilir ki, bundan sonra da onların xahişlərini yerinə yetirəcəm? Qarabağ haqqında ciddi tədqiqatlar aparan, kitablar və məqalər yazan məni siyahıya salmamaq ən azından vicdana sığmır... Getsinlər bundan sonra məni bu siyahıya salmayan işçilərindən yazı tələb eləsinlər", - deyə Zaur Əliyev vurğulayıb.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar