Tanınmış professor vəfat etdi - FOTO

03 Fevral 2021 14:20    3978 Baxış   
Tanınmış professor vəfat etdi -  FOTO

Mərhum jurnalist Natiq Qocamanın atası, fizika-riyaziyyat elmləri üzrə professor Vəli Qocayev vəfat edib.

Dominant.az xəbər verir ki, dünən vəfat edən professor bu gün dəfn olunub.


Qeyd edək ki, Vəli Qocayev 50 il Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan ali texniki məktəblərində fizika kursunun məzmunu, tədris metodikası və onun təkmilləşdirilməsi istiqamətləri üzrə bir sıra kitabların müəllifidir.

Xatırladaq ki, Vəli Qocayevin oğlu – tanınmış jurnalist, "Tərəqqi" medalı mükafatçısı Natiq Qocaman 2019-cu ilin fevral ayında 46 yaşında qəfil həyatını itirib. Bir neçə gün bundan öncə isə qızı - oftalmoloq Rəna Məmmədova 59 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Allah rəhmət eləsin!







Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar