Taxta dolçaya görə 12 il savaşdılar, xeyli itki verdilər - Tarixdəki ən ağılsız müharibələr

02 Avqust 2020 10:03    1550 Baxış   
Taxta dolçaya görə 12 il savaşdılar, xeyli itki verdilər -  Tarixdəki ən ağılsız müharibələr
Bəziləri müharibədə hansı tərəfdə olduqlarını unutdular. Bəzi müharibələr futbol oyununun ilk yarısından az davam etdi, digərləri isə tutarlı səbəblər olmadan ortaya çıxdı.

Dominant.az tarixin ən qəribə müharibələrini təqdim edir:

"Palıd dolça müharibəsi"



1325-ci ildə başlayan bu müharibənin yeganə səbəbi palıddan hazırlanmış bir dolça olub. İtaliyanın iki şəhəri Modena və Bolonya arasında müharibəyə başlayan Modena əsgərləri idi. Bolonya şəhərinə hücum edən əsgərlər şəhərdən dəyərli bir şey oğurlamaq üçün bir palıd dolça götürürüblər. Bunu qürur məsələsi halına gətirən Bolonya palıd dolçanı geri almaq üçün müharibəyə başlayıb. Tərəflər arasında müharibə 12 il davam edib və çox sayda insan ölüb. Həmin müharibənin səbəbkarı olan çömçə hələ də Modenadakı zəng qülləsinin üstündən asılır.

"335 illik müharibə"



Mənbələrə görə, dünyanın ən uzun müharibəsi Hollandiya və İngiltərə arasında baş verib. 335 il davam edən müharibə 1651-ci ildə başlayıb, 1986-cı ildə başa çatıb. Krallığın cənub-qərbindəki Scilli adasında yaşanan bu müharibənin səbəbini heç kim bilmir. Bir müddət sonra tərəflər səbəbini bilmədən vuruşmağa başlayıblar. Daha maraqlısı isə odur ki, 335 illik müharibədə heç kim ölməyib.

"Şirniyyat mağazası" savaşı



1828-ci ildəki hərbi çevrilişdən sonra Meksikada bir çox mağaza talan edildi. Zərər çəkənlər arasında "Fransız şirniyyatı" dükanı da var idi. Mağazanın müdiri zərər çəkdiyini nəzərə alaraq Meksika hökumətindən kömək istədi, lakin bu tələb rədd edildikdə o, Fransa hökumətinə şikayət məktubu göndərdi. Fransa kralı Luis-Flipp borcun ödənilməsini tələb etdi. Lakin Meksika hökuməti heç bir reaksiya vermədi. Buna görə fransız hökuməti Meksika hökumətinə 600 min peso borc yazdı. Hökumət buna ciddi yanaşmadığına görə 1838-ci ildə Fransa donanması Verakruz şəhərinin sahillərinə yan alaraq San Juan De Ulua qalasını bombaladı və müharibəyə başladı. Tezliklə Meksika ordusu "bu müharibədir" deyərək cavab verdi. Bir il davam edən müharibədə 250 nəfər həlak oldu.

Paraqvay müharibəsi



Dövrün Paraqvay lideri Fransisko Solano Lopez cansıxıcılıq və öz eqosu uğrunda yüz minlərlə insanı qətlə yetirib. O illərdə özünü Napoleona çox oxşadan və onun kimi olmaq istəyən liderin yeganə problemi özünü göstərə biləcəyi bir müharibənin olmaması idi. O, buna görə ordusunu yığdı və Argentina, Braziliya və Uruqvaya qarşı müharibə elan etdi. Paraqvayda əhalinin kişi cinsindən olan nümayəndələrinin doxsan faizi aclıq, epidemiya və müharibədən həlak oldu. Təxminən, 400 min insanın məhv edildiyi müharibə 1864-cü ildən 1870-ci ilə qədər davam edib.

Donuz müharibəsi

ABŞ və İngiltərə diplomatik sərhəd böhranını həll edə bilmədiyi üçün müharibə bəhanəsi axtarırdı və bu bəhanə donuz oldu. Vankuverlə Şimali Amerika arasındakı sərhəd olan San Juan adasında bir amerikan əsgəri İngiltərə ərazisindəki qabanı vuraraq sərhəddə insident çıxarmışdı. Ölənlər arasında isə sadəcə ilk dəfə vurulan zavallı donuz var idi.

İngiltərə-Zənzibar müharibəsi


27 avqust 1896-cı ildə Zənzibar ilə İngiltərə arasındakı bu müharibə cəmi 40 dəqiqə davam edib və dünyada ən qısa müharibə olaraq tarixə düşüb. Zənzibar sultanı Sultan Həmid bin Tuvaininin vəfat etdiyi zaman İngiltərə hökuməti onun yerində İngiltərə tərəfdarı olan övladı Həmid bin Məhəmmədin oturmasını istəyir. Ancaq İngiltərə Krallığına qarşı olan Sultan Xalid bin Barqas taxta oturdu. İngiltərənin tələblərini yerinə yetirməyən Sultan notları geri çevirdikdə bir anda müharibə başladı. Zənzibar sultanı təslim olmamaq üçün sarayında gizlənməyə qərar verdi. Ancaq səhər saat 9-da artilleriya atəşinə başlayan İngilis donanması 40 dəqiqə ərzində 500 Zənzibar əsgərini öldürəndə sultan təslim oldu və taxtdan endirildi.

Köpək müharibəsi


Birinci Dünya Müharibəsində bir-birinə girən və müharibə bitdikdən sonra da araları düzəlməyən Yunanıstan və Bolqarıstan arasında yeni bir müharibənin səbəbkarı sadəcə bir it olub. 22 oktyabr 1925-ci ildə qaçan bir iti qovalayan yunan əsgəri Bolqarıstan sərhədini keçdiyinə görə iki ölkə arasında müharibə başlayıb. Millətlər Liqasının müdaxiləsinə baxmayaraq, müharibə davam edib və 52 nəfər hayatını itirib. Döyüş 10 gün davam edib və Yunanıstanın büdcəsinə 45 min funt-sterlinq cərimə yazılmaqla bitib.

Emu döyüşü



Bu hadisə 1932-ci ildə Avstraliyada insanlar və heyvanlar arasında baş verib. Bəli, Avstraliya hökuməti özünəməxsus dəvəquşuna bənzər bir heyvan olan Emu ilə mübarizəyə başlayıb. Çünki aclıq və susuzluqla mübarizə aparan hökumət çıxış yolunu Emuları qırmaqda görürdü. Plemyot ilə təchiz edilmiş əsgərlər iki saatda 50 km məsafəyə qaçan 10.000 Emu quşunu qovub. Ancaq yalnız bir neçəsini vura biliblər. Əsgərlər geri çəkilərək məğlubiyyəti qəbul ediblər.

Futbol müharibəsi


Futbola aşiq olan Cənubi Amerikalılar bəzən həddindən artıq sevgi nəticəsində bu oyunu şişirdilər. 1970-ci ildə Amerika kuboku seçmə yarışlarında mübarizə aparan iki ölkənin El-Salvador və Honduras komandaları 14 iyun 1969-cu ildə üz-üzə gəliblər. Bu iki ölkə arasında çox gərgin vəziyyətin gərgin olduğunu xatırlatmaq lazımdır. Honduras oyunu qazandıqda olanları həzm edə bilməyən El-Salvador sakinləri küçəyə axışıblar. Sürpriz hücumla El Salvador ordusu 6 günlük müharibəyə cəlb olunub və 300 nəfər ölüb.

Nurlan Hüseyn



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar