Tbilisinin mərkəzində partlayış olub, ölən var

04 Sentyabr 2020 17:26    371 Baxış   
Tbilisinin mərkəzində partlayış olub, ölən var
Tbilisinin mərkəzində, Filarmoniya binasının yaxınlığında güclü partlayış baş verib.

Dominant.az xəbər verir ki, “Report”un yerli bürosunun məlumatına görə, partlayışa səbəb yaxınlıqda aparılan təmir işlərində istifadə olunan oksigen balonunun partlaması olub.

Hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan birinin vəziyyəti kritik qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan digər şəxs xəstəxanaya çatdırılıb.

Polis partlayış baş verən ərazini bağlayıb və müvafiq istintaq tədbirləri həyata keçirilir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar