Türk ordusu İraqda yeni antiterror əməliyyatına başladı

10 Fevral 2021 16:27    1187 Baxış   
Türk ordusu İraqda yeni antiterror əməliyyatına başladı

Türkiyə ordusu bu gün gecə etibarilə İraqın şimalında terror təşkilatı PKK silahlılarına qarşı yeni anti-terror əməliyyatına başlayıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Pençe Kartal-2” adlanan anti-terror əməliyyatı Qara bölgəsində həyata keçirilir. Nazirliyin məlumatına görə, Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan ardıcıl uğurlu əməliyyatlar nəticəsində Şimali İraqda fəaliyyət göstərən terrorçular ciddi itki verib.

“Beynəlxalq səviyyədə tanınan özünümüdafiə hüququna əsaslanaraq yerli vaxtla 10 fevral saat 02:55-də İraqın Qara bölgəsində anti-terror əməliyyatı başladılıb. Əməliyyat ölkənin sərhədlərindəki terror təhlükəsini aradan qaldırmaq məqsədi daşıyır”,- deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar