Türkiyə koronavirus qasırğasına hazırlaşır

22 Sentyabr 2020 18:16    389 Baxış   
Türkiyə koronavirus qasırğasına hazırlaşır
Türkiyəli həkimlər tezliklə qrip və kəskin respirator xəstəliklər mövsümünün başlaması ilə koronavirus sunamisinin yaşanacağını proqnozlaşdırır.

Dominant.az xəbər verir ki, bu barədə Türkiyə Tibb Assosiasiyası (TTA) məlumat verib.

“Biz dəfələrlə xəbərdarlıq etmişik, əgər indi lazımi ciddi tədbirlər görülməsə qrip mövsümünə çox sayda covid xəstəsi ilə girəcəyik. Vəziyyət belə davam etməyəcək. Bu fırtına öncəsi sakitlikdir. Diqqətlə baxdıqda mənzərə göründüyündən daha təşviş doğurur. Qış mövsümündə koronavirus pandemiyası güclənəcək”. - deyə məlumatda bildirilib.

TTA dövlət rəsmilərinin fəaliyyətsizliyini tənqid edib, yoluxmanın real mənzərəsini gizlətməkdə ittiham edib.
Belə ki, Türkiyə kurortlarında bir nəfər də olsun koronavirusa yoluxmasının olmaması barədə açıqlaması absurd hesab edilir.

Qeyd edək ki, Türkiyənin istirahət bölgələrinə hələ də xaricdən turist axını var. (Medicina.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar