Türkiyədə təlim təyyarəsi yaşayış evlərinin olduğu əraziyə düşüb, ölənlər var - VİDEO

25 Aprelel 2022 17:21    11205 Baxış   
Türkiyədə təlim təyyarəsi yaşayış evlərinin olduğu əraziyə düşüb, ölənlər var -   VİDEO

Türkiyənin Bursa şəhərində təkmühərrikli təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Dominant.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Bursa valisi Yakup Canbolat bildirib.

Məlumata görə, hadisə Bursanın Osmanqazi rayonunda baş verib. Bildirilib ki, ölənlərdən biri pilot, o biri isə tələbə pilot olub. Yakup Canbolatın sözlərinə görə, hadisə nəticəsində yaralanan olmayıb.

İlkin məlumata görə, təlim təyyarəsi nasazlıqdan qəzaya uğrayıb.


Hadisə yerinə 20 yanğınsöndürən və təcili tibbi yardım maşınları göndərilib.

Hələlik sakinlər arasında ölən və yaralananların olduğu barədə məlumat verilmir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar