Türkiyədə terror aktının qarşısı alındı

04 Dekabr 2021 21:58    3950 Baxış   
Türkiyədə terror aktının qarşısı alındı

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda ağır terror aktının qarşısı alınıb.

Dominant.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nusaybindəki Çevik Polis Alayında xidmət edən zabitlərdən birinin şəxsi avtomobilinin altına yerləşdirilmiş əldədüzəltmə bomba zərərsizləşdirilib.

Bildirilir ki, bomba üzərindəki əl izləri götürülüb və digər sübutlarla birlikdə cinayətkarın axtarışına başlanılıb.

Məlumata görə, məqsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Siirt şəhərində keçirilən mitinqdə terror aktı törətmək olub.

Qeyd edək ki, Mardin və Siirt qonşu vilayətlərdir. Ehtimala görə, avtomobilinin altına bomba yerləşdirilmiş zabit Siirtdəki mitinqin təhlükəsizliyinə təhkim olunmuş şəxslərdən biridir və terrorçular bundan məlumatlı olublar. Bombanın zərərsizləşdirilməsi böyük faciənin qarşısını alıb.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar