Türkiyədə tibb bacıları onlarca doza COVID vaksini satıblar

12 Sentyabr 2021 21:08    2492 Baxış   
Türkiyədə tibb bacıları onlarca doza COVID vaksini satıblar

İstanbuldakı özəl xəstəxanalardan birində onlarca doza COVID peyvəndini randevu almış şəxslər üçün istifadə olunmuş kimi qeydə alaraq, əslində isə tanıdıqlara şəxslərə satan tibb bacıları saxlanılıb.

Polisə daxil olan sorğu əsasında aparlıan araşdırmada üç tibb bacısının qanunsuz peyvənd satışında əli olduğu üzə çıxıb.

Həmçinin, onların saxta COVID pasportu hazırladıqları da məlum olub. Qazandıqları pulu “halallaşdırmaq” üçünsə tibb bacılarının ehtiyac sahiblərinə müəyyən yardımlar etdikləri bildirilib.



Qanunu pozanlar barədə məhkəmənin həbs qətimkan tədbiri seçdiyi qeyd edilib.



Beləliklə də, tibb bacıları fırıldaqçılıq, rəsmi sənədlərdə saxtakarlıq, eləcə də şəxslərin həyat və sağlamlıqlarını təhlükəyə atacaq miqdarda dərman hazırlama və satma maddələrilə mühakimə olunacaqlar.

(Oxu.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar