Türkiyənin əməliyyat keçirdiyi zonada kamikadze özünü belə partlatdı - VİDEO

10 İyun 2021 20:59    515 Baxış   
Türkiyənin əməliyyat keçirdiyi zonada kamikadze özünü belə partlatdı -  VİDEO

Suriyanın Fərat Qalxanı bölgəsindəki Çobanbəy mahal mərkəzində kamikadze özünü partladıb.

Dominant.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1994-cü il təvəlldüdlü Ələddin Mustafa adlı suriyalı bel çantasında daşıdığı bombanı, mülki vətəndaşların olduğu ərazidə partladıb.

Hadisə nəticəsində kamikadze ölüb, mülki vətəndaşlar yaralanıb.

Kamikadzenin təlimatı Suriyanın Menbiç bölgəsində fəaliyyət göstərən Əbu Rəşid (K) Əl Rəşid təşkilatından aldığı qeyd edilib.

Qeyd edək ki, son dövrlər Türkiyənin Suriyada terrorçulara qarşı əməliyyatlar keçirdiyi bölgələrdə terror hücumları davam edir.

" target="_blank">


(Ölkə.az)
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar