Ukrayna və Aİ arasında müzakirə edilən məsələlər açıqlanıb

09 May 2022 18:55    1267 Baxış   
Ukrayna və Aİ arasında müzakirə edilən məsələlər açıqlanıb

Ukrayna və Avropa İttifaqı rəsmiləri arasında müzakirə edilən məsələlər açıqlanıb.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, dialoq zamanı Ukrayna dəniz limanlarının blokdan çıxarılması və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsinə də toxunmaq mümkün olub.

Bununla yanaşı, Ukrayna Aİ-yə üzvlüyə namizəd statusu almaq üçün sorğunun ikinci hissəsinin cavablarını təşkilata təqdim edəcək. Hazırlanmış sənəd Avropa Komissiyasına təqdim olunacaq.

Xatırladaq ki, Ukrayna üzvlük ərizəsinin birinci hissəsini aprelin ortalarında Avropa Komissiyasına göndərmişdi.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar