Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşdü: Yaralılar var

25 Fevral 2021 17:07    490 Baxış   
Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşdü:  Yaralılar var

Tərtər rayonu ərazisində yol qəzası baş verib.

Hadisə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb.

Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov idarə etdiyi "Opel” markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbi ilə idarəetməni itirib və yolun kənarına aşıb.

Nəticədə A.İsmayılov və onun sərnişinləri - Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Nicat Quliyev, Çaylı kənd kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Göyüş Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Report.az
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar