Xocavənddə hərbçimizə hücum edən erməni zərərsizləşdirildi

03 Dekabr 2021 15:06    994 Baxış   
Xocavənddə hərbçimizə hücum edən erməni zərərsizləşdirildi


Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

Bu barədə dominant.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar